ONN İnformasiya Agentliyi

Başçı marketdə növbəyə durdu, gündəm oldu – Açıqlama

Başçı marketdə növbəyə durdu, gündəm oldu – Açıqlama
04 Oktyabr 2019 - 14:48

İcra başçısı İlham İsmayılovun marketdə bazarlıq etdikdən sonra növbədə dayanarkən çəkilən fotosunu yəqin ki, şəhər sakinlərindən kimsə çəkib. Çünki İlham müəllimi marketdə, bazarda, şəhərdə tez-tez görmək mümkündür. Mingəçevirin icra başçısı məmur kimi yox, sadə vətəndaş kimi həyat sürür.

ONN media xəbər verir ki, bu sözləri Mingəçevir şəhər icra başçısının müavini, şəhər təsərrüfatı şöbəsinin müdiri Məhluqə Cavadova bildirib.

Başçının müavini qeyd edib ki, bu, icra başçısı üçün adi haldır:

“Bu foto mediada o qədər maraqla qarşılanıb ki, bizə də təəccüblü gəldi. İlham müəllimi marketdə, şəhərdə, keçədə tez-tez görmək mümkündür. Evinin alış-verişini daim özü edir. İstənilən şəhər sakini küçədə rahatlıqla icra başçısına yaxınlaşa bilər. Mingəçevirdə bu gün olduqca fərqli mühit var”.

M.Cavadova bildirib ki, icra başçısı sakinlərlə görüş üçün tez-tez şəhər gəzintisinə çıxır:

“İşə piyada da gəlir. Şəhərə gəzintiyə çıxır, rahatlıqla hər kəs ona yaxınlaşıb dərdini bölüşür. İlham müəllim şəhər adamıdır, o, sakinlərin arasında olmağı xoşlayan biridir. Ona görə belə şəkillərin çəkilməsi adi haldır”.

Xatırladaq ki, sosial şəbəkələrdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun supermarketdə alış-veriş edib növbədə dayanması fotosu maraqla qarşılanıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png