Biləsuvarda güclü partlayış olub- YARALILAR VAR

Biləsuvarda binada güclü partlayış olub.

ONN media xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən beşmərtəbəli binaların birində qeydə alınıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub.

Şahidlərin sözlərinə görə, partlayış o qədər güclü olub ki, səsi şəhərətrafı kəndlərdə də eşidilib.

***

Biləsuvarda partlayış baş verən binada axtarış-xilasetmə işləri aparılır.

Məlumata görə, hadisə şəhərin H.Əliyev prospektində beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində olub.

Partlayış nəticəsində binaya ziyan dəyib. İlkin məlumata görə, iki nəfər yaralı xəstəxanaya aparılıb.