ONN İnformasiya Agentliyi

Bir qrup səyahətçinin Zəngilana səfəri başlayıb

Bir qrup səyahətçinin Zəngilana səfəri başlayıb
10 Sentyabr 2022 - 8:35

Dünyanın 20-dən çox ölkəsindən 40-a yaxın beynəlxalq səyahətçinin (səyyah) işğaldan azad edilmiş Zəngilan rayonuna səfəri başlayıb.

ONN media xəbər verir ki, heyətin rəhbəri dünyanın ən nəhəng 4 səyyah klubundan biri olan ABŞ-ın MTP (“Most Travelled People”- red) klubunun təsisçisi Şarl Veleydir.

Beynəlxalq səyahətçilər ilk olaraq Zəngilan rayonunun Ağalı kəndinə yollanıblar. Onlar səfər zamanı Zəngilan, xüsusilə Ağalı kəndindəki abadlıq-quruculuq işləri ilə tanış olacaqlar.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png