ONN İnformasiya Agentliyi

Bu 2 rayon qazsız qaldı

Bu 2 rayon qazsız qaldı
17 İyul 2019 - 17:32

Xaçmaz və Ucar rayonlarının qaz təchizatında fasilə yaranıb.

“Azəriqaz” İstehsalat Birliyindən ONN media -ya verilən məlumata görə, Xaçmaz rayonunun Nərəcan kəndinin müəyyən hissəsinə xidmət edən 100 mm-lik qaz kəməri avtomobillə vurularaq qırılıb. Gecə saat 03:30-dan həmin ərazinin qaz təchizatı dayandırılıb. Xaçmazda digər bir halda da traktorla 108 mm-lik qaz kəməri vurularaq qırılıb. Bu səbəbdən Gəncəli kəndində saat 10:25-dən etibarən qaz təchizatı dayandırılıb. Rayonun hər iki ərazisində ayrı-ayrılıqda 100 abonentin qaz təchizatında fasilə yaranıb.

Ucar rayonunda isə Xalac kəndini təbii qazla təmin edən 110 mm-lik qaz xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar olaraq, həmin kəndə təbii qazın verilişi bu gün səhər saat 09:30-dan dayandırılıb. Bu vaxt 140 abonentin qaz təminatında fasilələr yaranacaq. Gün ərzində təmir prosesi tamamlandıqdan sonra təchizat bərpa olunacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png