Cəlilabadda sex yanıb

Cəlilabadda yanğın hadisəsi baş verib.

ONN media xəbər verir ki, yanğın Cavad xan küçəsində yerləşən 1982-ci il təvəllüdlü Rauf Məmmədova məxsus birmərtəbəli günəbaxan tumlarının istehsalı sexində qeydə alınıb.

Yanğın hadisə yerinə cəlb olunan Cəlilabad rayon Yanğından Mühafizə Xidmətinin texnikaları və əməkdaşları tərəfindən söndürülüb.

Hadisə nəticəsində ümumi sahəsi 360 kvadratmetr olan sexin yanar konstruksiyaları və içərisində olan avadanlıqlar 120 kvadratmetr sahədə yanıb.

Faktla bağlı araşdırma aparılır.