ONN İnformasiya Agentliyi

Cəlilabadlılar Yeni ili yüksək əhvali-ruhiyyə ilə qarşılayırlar

Cəlilabadlılar Yeni ili yüksək əhvali-ruhiyyə ilə qarşılayırlar
31 Dekabr 2017 - 19:28

Cəlilabad şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramına həsr olunmuş ümumrayon tədbiri keçirilib.

ONN media AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov rayon sakinlərini qarşıdan gələn əlamətdar günlər münasibətilə təbrik edib.

2017-cı ilin xalqımız, o cümlədən cəlilabadlılar üçün uğurlu olduğunu qeyd edən Ə.Əzizov yola saldığımız ildə rayonda sosial-iqtisadi inkişaf sahəsində qazanılmış uğurlardan və yeni ildə qarşıda duran vəzifələrdən danışıb.

Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin daxili və xarici siyasəti nəticəsində ölkəmizin çiçəklənən diyara çevrildiyini qeyd edən Ə.Əzizov bütün bölgələrdə olduğu kimi, Cəlilabadda da həyata keçirilən genişmiqyaslı tikinti, quruculuq və yenidənqurma işlərinin uğurla davam etdirildiyini bildirib.

Rayon təhsil şöbəsinin müdiri Elminaz Nadirova və rayon ağsaqqalı Ədalət Əsgərov tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edərək onlara ən xoş arzularını çatdırıblar.

Mərasimdə rayonun incəsənət ustalarının ifa etdikləri oynaq, şən musiqi nömrələri bayram şənliyini daha da rövnəqləndirib.

Şaxta babanın və Qar qızın çıxışları tədbirə xüsusi təravət və şuxluq gətirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png