Cəlilabadda un kisəsindən GÖRÜN NƏ ÇIXDI.. – VİDEO

Cəlilabad rayonunda un kisəsindən heyvan sümüyü çıxıb.

ONN media xəbər verir ki, bu barədə “Report”un Muğan bürosuna Şatırlı kənd sakini məlumat verib.

Belə ki, rayon mərkəzindəki mağazalardan birindən alınan 50 kq-lıq əla növ un kisəsindən sümük tapılıb. Bu sümüyün iribuynuzlu heyvanın diz nahiyəsinin bir hissəsi olması məlum olub. Yerli sakin undan istifadə etməyi təhlükəli hesab edib.