Daha bir gənc intihara cəhd etdi

Gəncədə intihara cəhd olub. 

ONN media xəbər verir ki, hadisə şəhərin Əhməd Cəmil küçəsində baş verib. Oradakı evlərin birində yaşayan 2000-ci il təvəllüdlü İ.Ə özünü asıb.  

Bir necə dəqiqə sonra kəndir qırılıb və 19 yaşlı oğlan yerə çırpılıb. O, yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. 

Vəziyyətinin ağır olduğu bildiriıir.