ONN İnformasiya Agentliyi

Daha bir İH-də rüşvət araşdırması gedir? – Açıqlama

Daha bir İH-də rüşvət araşdırması gedir? – Açıqlama
30 Aprel 2020 - 14:14

Bərdə rayon Kommunal Müəssisələr Kombinatının rəhbəri Natiq Qasımov barəsində hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Bu barədə daxil olan məlumatda bildirilir ki, araşdırmaya səbəb müvəqqəti iş yerləri üçün ayrılan vəsaitin mənimsəməsi və ayrı-ayrı şəxslərin adına olan bank kartlarından istifadədir.

Qeyd edilib ki, bu vaxta qədər də N.Qasımova bu əməllərinə görə aidiyyəti qurumlar tərəfindən bir neçə dəfə xəbərdarlıq edilib. Həmçinin o da bildirilib ki, N.Qasımovun oğlu Anar Hətəmov Bərdə rayon icra başçısının köməkçisidir və mənimsənilmə faktı özbaşına fəaliyyət deyil, “koordinasiya” edilir.

Bu iddialarla bağlı saytımıza açıqlama verən Bərdə rayon icra başçısının köməkçisi Anar Hətəmov deyib ki, atası hazırda iş başındadır.

“Onun saxlanılması və müvəqqəti iş yerləri üçün ayrılan vəsaiti mənimsəməsilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”, – A.Hətəmov bildirib.axar.az

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png