ONN İnformasiya Agentliyi

Daha bir qrup sülhməramlı Qarabağda – VİDEO

Daha bir qrup sülhməramlı Qarabağda – VİDEO
13 Noyabr 2020 - 12:34

Rus hərbçilərinin yeni bir briqdası sülhməramlı missiya məqsədi ilə Dağlıq Qarabağa doğru hərəkət edir.

ONN media xəbər verir ki, hərbçiləri bir neçə zirehli piyada avtomobili daşıyır.

Qeyd edək ki, 10 noyabrda Rusiya, Azərbaycan və Ermənistanın liderləri – Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan Qarabağda atəşkəsə dair birgə bəyanat qəbul edib. Bəyanatda atəşkəsə və hərbi əməliyyatlara nəzarət etmək üçün Rusiya Federasiyasının bir sülhməramlı kontingentinin Dağlıq Qarabağ münaqişəsi zonasında 1960 hərbçi, 90 zirehli piyada daşıyıcısı, 380 ədəd avtomobil və xüsusi texnika miqdarında yerləşdirilməsi nəzərdə tutulub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png