ONN İnformasiya Agentliyi

Ekologiya və Təbii Sərvətlər naziri Şabran şəhərində vətəndaşları qəbul edib

Ekologiya və Təbii Sərvətlər naziri Şabran şəhərində  vətəndaşları qəbul edib
27 İyul 2018 - 11:36

Azərbaycan Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin edilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.

ONN media xəbər verir ki, Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən iyulun 27-də Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Şabran şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Şabran, Quba, Qusar, Xaçmaz, Siyəzən və Xızı rayonlarının vətəndaşlarını qəbul edib.

Qəbuldan əvvəl nazir Muxtar Babayev və Şabran Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Mehdi Balabəyov ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Qəbul zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, tullantıların idarə olunması, biomüxtəliflik, hidrometeorologiya, ətraf mühitin monitorinqi, suvarma-içməli su problemləri və s. məsələlərlə bağlı vətəndaşların müraciət və təklifləri dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərləri üzrə nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png