ONN İnformasiya Agentliyi

Ermənistandan növbəti TƏXRİBAT: Düşmən mülki əhalini hədəfə aldı

Ermənistandan növbəti TƏXRİBAT: Düşmən mülki əhalini hədəfə aldı
26 Avqust 2020 - 12:47

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhəboyu zonada atəşkəs rejimini yenidən pozaraq, mülki əhalini hədəfə alıb.

ONN media xəbər verir ki, hər zaman olduğu kimi, xaincəsinə təxribatlara əl atan və yaşayış məntəqələrini atəşə tutan Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 26-da səhər saat 05:00 radələrində işğal olunmuş ərazilərimizdəki mövqelərindən Tərtər rayonunun Qapanlı kəndini pulemyot və snayper tüfənglərindən atəşə tutublar.

Atılan güllələr kənd sakini Quliyev Zülfüqar Bəhmən oğlunun evinə dəyib, mənzilin pəncərə şüşələrini sındırıb.(Azərtac)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png