ONN İnformasiya Agentliyi

Göyçayda fermada YANĞIN

Göyçayda fermada YANĞIN
06 İyul 2020 - 22:43

Göyçayda fermada yanğın hadisəsi baş verib.

ONN media bildirir ki, hadisə bu gün axşam saat 20:30 radələrində rayonun Qarayazı kəndində qeydə alınıb.

Kənd sakini Ramin Şamil oğlu Xudaverdiyevə aid fermanın həyətində 150-dən çox saman bağlaması yanıb. Yanğının qarşısının alınması üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Göyçay yanğından mühafizə bölməsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın yanğından mühafizə xidmətinin əməkdaşları tərəfindən söndürülüb və yanğının digər ərazilərə keçərək böyüməsinin qarşısı alınıb.

Hadisənin hansı səbəbdən baş verdiyi müəyyən deyil.

Faktla bağlı araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png