Göyçayda qasırğa baş verib- ÖLƏNLƏR VAR
Göyçay rayonunda güclü külək və qasırğa 2 nəfərin ölümünə səbəb olub, yaralananlar var.
ONN media xəbər verir ki, onlardan biri avtomobildə olan zaman üzərinə ağac aşıb, digəri isə evin uçması nəticəsində dünyasını dəyişib.
Bundan əlavə, Mırtı və Qarabaqqal kəndlərində yaralananların olduğu bildirilir.