Güclü külək bu rayonun 20-dək kəndini işıqsız qoydu

Bu gün axşam saatlarında güclü küləklə müşayiət olunan leysan yağış Salyan rayonunun bir sıra kəndlərində fəsadlar törədib.

Rayonun Bəşirbəyli, Pambıqkənd, Yuxarı Bəşirbəyli, Şatrovka, Qarabağlı, Qaraçala və başqa kəndlərində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Yerli sakinlərin verdiyi məlumata görə, iki saata yaxındır ki, 20-dək kənddə işıqlar yanmır (Report).