Günortadan etibarən burada insanlar özlərini orta əsrlərdə hiss edirlər

Günorta saatlarından etibarən Goranboyda fiberoptik kabeldə qəza baş verib.

ONN media xəbər verir ki, nəticədə rayonun Goran qəsəbəsi, Qızılhacılı, Məşədiqaralar, Boluslu və Eyvazlı kəndlərində telefon rabitəsi və internet xidməti qismən və bəzi hissələrdə isə tamamən kəsilib.

Əraziyə xidmət göstərən ATS-dən verilən məlumata görə, qeyd olunan ərazidə fiberoptik kabel qırılıb. Hazırda qəza yeri müəyyənləşdirilir.(apa)