ONN İnformasiya Agentliyi

Hərbçilərimiz məşhur xanəndənin Ağdamda qəbrini tapdı – VİDEO

Hərbçilərimiz məşhur xanəndənin Ağdamda qəbrini tapdı – VİDEO
25 Noyabr 2020 - 16:43

Hərbçilərimiz Ağdam rayonununda məşhur xanəndə Səxavət Məmmədovun qəbrini tapıblar.

ONN media  xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videogörüntülər yayılıb.

Qeyd edək ki, Səxavət Məmmədov 1953-cü ildə Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. 1971-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumununa daxil olan Səxavət ustad xanəndə, xalq artisti Hacıbaba Hüseynovdan dərs alıb.

1976-cı ildə “Hümayun” xalq ansamblının solisti olub. Yaratdığı “Qarabağ” instrumental ansamblı isə xanəndənin şah əsərlərindən biri kimi bu gün də yaşayır.

S.Məmmədov 30 sentyabr 1991-ci ildə avtomobil qəzasında dünyasını dəyişib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png