İmişlidə meşə zolağı yanır

İmişli rayonunun Əlyetməzli kəndi ərazisindəki meşə zolağında yanğın başlayıb.

ONN media bildirir ki, yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin İmişli rayon Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib.

Hal-hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər həyata keçirilir. /APA