ONN İnformasiya Agentliyi

İntihar edən qazi ilə bağlı rəsmi açıqlama

İntihar edən qazi ilə bağlı rəsmi açıqlama
28 Sentyabr 2022 - 11:13

Cəbrayıl rayon İcra Hakimiyyəti Vətən müharibəsi qazisi Firudin Firudinlinin intihar etməsinə münasibət bildirib.

İcra başçının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fəridə İbayeva ONN media-ya açıqlamasında məsələdən xəbərdar olduqlarını deyib.

“Məsələdən xəbərdarıq, lakin qazi bizə müraciət etməyib. Bizim bu vaxta kimi o qazi ilə heç bir problemimiz də olmayıb”, – F.İbayeva bildirib.

Qeyd edək ki, Firudin Firudinli “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdu.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png