ONN İnformasiya Agentliyi

İşğaldan azad olunan daha bir ərazidə azan səsləndirilir

İşğaldan azad olunan daha bir ərazidə azan səsləndirilir
17 Yanvar 2021 - 16:20

Murov dağı istiqamətində Ömər aşırımında yenidən azan səsləndirilir.

ONN media  xəbər verir ki, 1993-cü ilin aprel ayında Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal olunarkən mülki insanlar və dinc sakinlər məhz bu yol vasitəsi ilə, Ömər aşırımından keçərək sərt və sıldırım dağları aşaraq qırğından canlarını qurtara biliblər.

Qeyd edək ki, 27 il sonra 2020-ci ilin noyabrın 25-də Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində şanlı qələbə qazanan müzəffər Azərbaycan Ordusu düşməndən azad edilən Kəlbəcər rayonunun ərazisinə məhz bu yolla, Ömər aşırımından keçərək daxil olub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png