İsmayıllıda meşə yanır

İsmayıllı meşələrində yanğın başlayıb.
ONN media xəbər verir ki, yanğın rayonun Şəbiyan kəndi ərazisində yerləşən meşə ərazisində qeydə alınıb.
Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi cəlb edilib.
Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.