ONN MEDİA

İsmayıllıda uşaqlar təxliyə edildi – SƏBƏB…

İsmayıllıda uşaqlar təxliyə edildi – SƏBƏB…
01 İyul 2019 - 20:21

İyunun 30-da gecə yağan güclü leysan yağışları İsmayıllı rayonunun Buynuz kəndi yaxınlığındakı meşə ərazisində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun əməkdaşlığı ilə Azərbaycan Skautlar Assosiasiyası (ASA) tərəfindən salınan 260 nəfərlik “Wonderland Azərbaycan 2019” adlı 7 günlük düşərgədə fövqəladə vəziyyət yaradıb. Belə ki, axşam saat 22-dən 24-dək yağan leysan yağışları çadırları sıradan çıxarıb, 10-14 yaşlı skautlar qrupu çətin vəziyyətə düşüb.

Axar.az xəbər verir ki, düşərgədən rayon icra hakimiyyəti ilə yaradılan telefon bağlantısından dərhal sonra əraziyə kömək göndərilib.

Rayon icra hakimiyyətinin birinci müavini, fövqəladə hallar komissiyasının sədri Rövşən Ağayevin və gənclər və idman idarəsinin rəisi Taleh Salehovun rəhbərliyi ilə ərazi icra nümayəndəliyi və bələdiyyənin, meşələrin bərpası və mühafizəsi idarəsinin, rayon polis şöbəsinin və mərkəzi xəstəxananın dəstəyi ilə düşərgədəkilər İsmayıllı Olimpiya İdman Kompleksinə təxliyə ediliblər. Burada kiçik yaşlı skautlara gecələmək üçün bütün lazımi şərait yaradılıb.

Hazırda düşərgə fəaliyyətini Olimpiya İdman Kompleksində davam etdirir.


ONN informasiya agentliyi

image_print Çap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png

© Müəllif hüquqları qorunur. Powered by ONN GROUP