İtlər 10 yaşlı uşağı parçaladı — Azərbaycanda

Oğuz rayonunda sahibsiz itlər 10 yaşlı uşağa ağır xəsarət yetiriblər.

ONN media bildirir ki, bu gün günorta saatlarında 2009-cu il təvəllüdlü Fəqan Həsənova yaşadığı Bucaq kəndi ərazisində sahibsiz itlər hücum edib.

Sol əlin və sol ayağın it dişləməsi xəsarəti ilə xəstəxanaya çatdırılan F. Həsənova lazımi tibbi yardım göstərilib və ambulator müalicə almaq şərti ilə evə buraxılıb.