ONN İnformasiya Agentliyi

Lənkəranda kənd evləri təhlükə ilə üzləşib

Lənkəranda kənd evləri təhlükə ilə üzləşib
15 Noyabr 2022 - 11:54

Lənkəran rayonunda son günlər yağan aramsız yağışlar Veravulçayda suyun səviyyəsini artırıb.

ONN media xəbər verir ki, bu barədə Vilvan kənd sakinləri məlumat verib.

Onların sözlərinə görə, kəndin daxilindən keçən çayda suyun səviyyəsinin artması nəticəsində ərazidə subasmalar yaranıb. Nəticədə təsərrüfatlara, xüsusən də sitrus bağlarına ciddi ziyan dəyib.

Eləcə də sel suları torpaq qatı ilə yanaşı, ağacları yuyaraq aparıb.

Beləliklə, çayın məcrası ilə evlər arasındakı məsafə bəzi yerlərdə 10 metrədək azalıb. Həmçinin bu, çayın kənarlarında torpaq sürüşməsinə səbəb olub və kənddə, təxminən, 10 fərdi yaşayış evi təhlükə ilə üzləşib.

Lənkəran Yuxarı Xanbulançay Hidroqovşağı İstismar İdarəsindən bildirilib ki, ərazi mütəxəssislər tərəfindən qeydiyyata alınıb və layihə smeta sənədləri hazırlandıqdan sonra həmin yerlərdə işə başlanılacaq

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png