Mütəxəssislərimiz danışıqlar üçün Xocalıya gediblər

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət qrup Qarabağda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazilərdə ekoloji monitorinqlərinin aparılması üzrə danışıqların ikinci mərhələsinin keçirilməsini planlaşdırır. Bununla bağlı nümayəndə heyəti Xocalı rayonundadır.

ONN media xəbər verir ki, bu barədə İctimai Televiziya (İTV) məlumat yayıb.

Bir neçə gün bundan əvvəl danışıqların birinci mərhələsi baş tutmuşdu. Danışıqlar əvvəl Xankəndi-Laçın yolunda Rusiya sülhməramlı kontingenti ilə müəyyən müzakirələr başlasa da, daha sonra Xocalı şəhərində Rusiya sülhməramlı kontingentinin baş qərargahında danışıqlar davam edmişdi. Rusiya sülhməramlı kontingenti Azərbaycan tərəfinin təkiliflər paketini qəbul edib və monitorinqlərin aparılması razılaşdırılı . Hazırda nümayəndə heyəti Xocalıda əlavə danışıqların aparılmasını planlaşdırır. Monitorinqlərin ən yaxın zamanlarda baş tutması nəzərdə tutulur