ONN İnformasiya Agentliyi

Naftalanın icra başçısı vəfat edib

Naftalanın icra başçısı vəfat edib
25 Fevral 2019 - 11:19

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimov dünyasını dəyişib.
 
ONN media xəbər verir ki, bu barədə İcra Hakimiyyətindən məlumat verilib.
 
İcra başçısının evində vəfat etdiyi bildirilir.
 
Onun ürəktutmasından dünyasını dəyişdiyini deyir.
 
Qeyd edək ki, Rövşən İbrahimov 1967-ci ildə Siyəzən rayonunda anadan olub. 1991-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Sənaye və mülki tikinti fakultəsini bitirərək “İnşaat mühəndisliyi” ixtisasına yiyələnib. 1986-1988-ci illərdə həqiqi hərbi xidmətdə olub.
 
Əmək fəaliyyətinə 1991-ci ildən “AZNEFT” İstehsalat Birliyinin “Xəzərdənizneftqaztikinti” trestindəiş icraçısı olaraq başlayıb.
 
ARDNŞ-də (SOCAR) müxtəlif sahələr üzrə rəhbər vəzifələrdə çalışıb.
 
Fevral 2011-ci ildən 18 may 2018-ci il tarixinədək ARDNŞ-də Sosial İnkişaf İdarəsinin Tikinti Departamentinin rəisi vəzifəsində işləyib.
Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2014-cü il tarixli Sərəncamına əsasən “TƏRƏQQİ” medalı ilə təltif edilib.
 
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 18 may 2018-ci il tarixili Sərəncamı ilə Rövşən Hüseyn oğlu İbrahimov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png