Naxçıvana avtobusların hərəkəti dayandırılıb?

Bakı-Naxçıvan-Bakı istiqamətində sərnişin avtobuslarının hərəkətində dəyişiklik yoxdur.

ONN media xəbər verir ki, bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

“Avtobus reysləri İran ərazisindən keçməklə həyata keçirilir və qrafikdə dəyişiklik edilməyib”, – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, sosial şəbəkələrdə son vaxtlar İranda baş verən hadisələr fonunda Bakı-Naxçıvan-Bakı istiqamətində sərnişin avtobuslarının hərəkətinin dayandırılması barədə məlumatlar yayılıb