ONN İnformasiya Agentliyi

Naxçıvanda yaşayanların NƏZƏRİNƏ

Naxçıvanda yaşayanların NƏZƏRİNƏ
08 Mart 2023 - 9:33

Novruz bayramı ərəfəsində Naxçıvan şəhərində bayram yarmarkası təşkil olunacaq.

ONN media xəbər verir ki, bu barədə muxtar respublikanın İqtisadiyyat Nazirliyi məlumat yayıb. Məlumata görə, Naxçıvan şəhəri, Xətai küçəsində yerləşən Mərkəzi Bazarda baş tutacaq yarmarka martın 13-dən 19-dək davam edəcək.

Yarmarkada məhsullar bazar qiymətlərindən daha sərfəli qiymətlərlə alıcılara təklif ediləcək. Satışa çıxarılan məhsulların kеyfiyyətinə nəzarət etmək məqsədilə yarmarkada “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin səyyari laboratoriyası da fəaliyyət göstərəcək.

Yarmarkanın təşkilində əsas məqsəd bayram günlərində əhalinin kənd təsərrüfatı məhsullarına artan tələbatlarını yerli və sağlam məhsullarla qarşılamaq, kənd təsərrüfatçıları üçün alternativ satış kanalı təşkil etməkdir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png