Paşinyan Azərbaycanla sərhəd məntəqələri yaradır

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan-Ermənistan sərhədində buraxılış məntəqələrinin yaradılması haqqında qərar imzalayıb.

ONN media xəbər verir ki, bu barədə Ermənistan hökumətinin rəsmi saytı məlumat yayıb.

Saytda yerləşdirilən sənəddə Qarabağdakı yaşayış məntəqələrinin və rayonlarının əsl – azərbaycanlı – toponimləri yer alıb.

Beləliklə, yoxlama məntəqələri aşağıdakı ərazilərdə quraşdırılacaq:

“Sotk” (“Kəlbəcər”), Geqarkunik rayonu (Kəlbəcər rayonu)

“Yerasx” (“Sədərək”), Ararat rayonu (Sədərək rayonu)

“Karaunc” (“Eyvazlı”), Sünik rayonu (Qubadlı rayonu).

Qeyd olunur ki, sərəncam rəsmi dərc edildiyi gündən sonrakı gün qüvvəyə minir.