ONN İnformasiya Agentliyi

Polis tərəfindən döyüldüyü deyilən uşaqla bağlı daha bir xəbər

Polis tərəfindən döyüldüyü deyilən uşaqla bağlı daha bir xəbər
22 Sentyabr 2022 - 8:36

Yevlaxda polis tərəfindən döyüldüyü iddia edilən azyaşlının valideynləri danışıblar.

ONN media xəbər verir ki, hadisə Yevlax şəhər Sahib Əliyev adına 1 nömrəli tam orta məktəbdə çalışan müəllimlərin qarşısında baş verib.

Həmin təhsil müəssisəsində oxuyan 4-cü sinif şagirdi ilə sinif yoldaşı arasında mübahisə baş verib.

4-cü sinif şagirdi qələmlə sinif yoldaşının alnından xəsarət yetirib. Bundan xəbər tutan şagirdin valideyni, Yevlax RPŞ-nin təhqiqatçısı, polis kapitanı Vüsal Hüseynov məktəbə gəlib. O, təhsil müəssisəsində övladına zərər vuran 2013-cü il təvəllüdlü azyaşlını döyərək ona xəsarətlər yetirib.

Döyülən azyaşlının valideyni Rəqsanə Əliyeva Baku TV-yə bildirib ki, V.Hüseynov övladını iki əllə boğaraq, başını partaya vurub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png