Xaçmazda 40 yaşlı kişinin meyidi tapıldı

Xaçmazda 40 yaşlı kişinin meyidi tapıldı Xaçmazda göldə 40 yaşlı kişinin meyiti tapılıb.
ONN media xəbər verir ki, meyit rayonun Yergüc kəndi yaxınlığında bağ sahəsindəki göldə aşkarlanıb.
Tapılan meyitin Ağyazı kənd sakini 1985-ci il təvəllüdlü Ələsgər Müseyib oğlu Bayramova məxsus olduğu məlum olub.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Geri qayıt