Qazax sakinini ilan sancıb

Qazax sakinini ilan sancıb


Qazaxda ilan sancması hadisəsi baş verib.

ONN media xəbər verir ki, rayonun Alpout kənd sakini, 1961-ci il təvəllüdlü Məmmədova Ziyafət Mirzə qızı  yaşadığı evin bağında gəzərkən ilan onu ayağından sancıb.

Z. Məmmədova dərhal xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilib, vəziyyətini kafi olduğu bildirilir.

Geri qayıt