Xızıda qaraj yandı

Xızı rayonunun Giləzi qəsəbəsində vətəndaşa məxsus qaraj yanıb. Fövqəladə Hallar Nazirliyindən ONN media-ya verilən məlumata görə, nəticədə ümumi sahəsi 24 m2 olan qaraj, içərisində olan "VAZ" markalı minik avtomobilinin yanar hissələri, qaraja bitişik ümumi sahəsi 48 m2 olan talvarın yanar konstruksiyaları 24 m2 sahədə, talvarın altına yığılmış 3 ton ot bağlamasının 2 tonu və 2 ton taxılın 1 tonu yanıb. Bitişik tövlə, talvarın, ot bağlamasının və taxılın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.