ONN İnformasiya Agentliyi

Qadın hüquqlarının qorunması ilə bağlı keçirilən layihə başa çatdı

Qadın hüquqlarının qorunması ilə bağlı keçirilən layihə başa çatdı
17 İyul 2018 - 14:44

“Universitet Təhsilli Qadınlar” Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Qadın hüquqlarının qorunmasının gənclər arasında təbligi məqsədilə maarifləndirmə tədbirlərinin təşkili” layihənin icrasını başa çatdırmışdır (15.042018-15.07.2018). Layihənin məqsədi kənd rayonlarında gənclərin qadın hüquqları sahədində maariflədirilməsidir.

ONN media xəbər verir ki, bu məqsədlə Bərdə (Alı Mustafayev adına məktəbdə), Tərtər (şəhər 6 saylı orta məktəbdə), İsmayıllı (şəhər 5 saylı orta məktəbdə), Qəbələ (Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzində) rayonlarında gənclər üçün maarifləndirmə seminarları keçirilmişdir. Seminarlarda orta məktəblərin yuxarı sinif şagirdləri, kolleg və texniki peşə məktəblərin şagirdləri iştirak ediblər. Seminarlar rayon icra hakimiyyəti orqanlarının dəstəyilə təşkil edilib və bütün tədbirlərdə rayon icra hakimiyyəti orqanlarının nümayyəndləri, müvafiq təhsil qurumlarının rəhbərləri və müəllimləri də iştirak ediblər.

Seminar iştirakçıları dünyada və Azərbaycanda qadınların vəziyyəti, insan haqlarının tərkib hissəsi olaraq qadın hüquqlarının mahiyyəti, qadın hüquqları sahəsində beynəlxalq və milli qanunvericilik, Azərbaycanda dövlət qadın siyasətinin həyata keçirilməsi mexanizmləri və qadın hüquqlarının qorunması təcrübəsi ilə tanış olublar. Seminarlar interaktiv keçirilib, müzakirələrlə müşayət edilib. Müzakirələrdə müəllimlər də fəal iştirak ediblər. Seminarlarda gənc oglan və qızların birgə iştirakı da tədbirlərin daha maraqlı keçməsinə şərait yaradıb.

Seminar iştirakşılarına maarifləndirmə bukletləri, həmçinin üzərində “Azərbaycan Xalq Cümhuriyyəti-100” yazısı və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının embleması olan qələmlər-xatirə hədiyyələri paylanıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png