Qarabağda erməni hərbçi öldü – Düşmən itkilərini GİZLƏDİR

Azərbaycanın işğal altındakı torpaqlarında yerləşdirilmiş Ermənistan ordusunun sıralarında itki var.

ONN media xəbər verir ki, adı açıqlanmayan hərbçi 1990-cı il sentyabrın 20-də anadan olub. Onun diversiya cəhdi zamanı məhv edildiyi ehtimal olunsa da, onun ailəsinə ölüm səbəbi kimi ürək tutması göstərilib.

Ermənistan Müdafiə Nazirliyi isə əsgər ölümü ilə bağlı hələ də rəsmi açıqlama verməyib.   /Modern.az/