Qaxda YANĞIN

Qax rayonunda ümumi sahəsi 308 kv.m olan birmərtəbəli, mansarda tipli evin mətbəxində paltaryuyan maşın və su qızdırıcı yanıb.

Fövqəladə Hallar Nazirliyindən ONN media -ya verilən məlumata görə, yüksək temperaturdan mətbəxin lambirindən ibarət qapısı qismən əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.