Qazax sakini dəm qazından zəhərləndi

Qazax sakini dəm qazından zəhərlənib.

Hadisə Aşağı Salahlı kəndində qeydə alınıb. Kənd sakini S.Əfəndiyev dəm qazından zəhərlənib.

O, xəstəxanaya aparılıb, vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.