Qubada üzərinə divar uçan şəxs öldü

Qubada üzərinə divar uçan şəxs ölüb.

ONN media xəbər verir ki, hadisə avqustun 3-ü saat 12 radələrində rayonun Xınalıq kənd ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini Eldəniz Zal oğlu Zeynalov yaşadığı kənddə Magro Costruction MMC tərəfindən aparılan təmir-bərpa işləri ilə əlaqədar fərdi yaşayış evinin divarlarını metal alətlə sökən zaman sökülən hissə üzərinə uçub. Nəticədə o, aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.