ONN İnformasiya Agentliyi

Rus həkimləri Qarabağa yola düşdü – VİDEO

Rus həkimləri Qarabağa yola düşdü – VİDEO
25 Noyabr 2020 - 14:56

Rusiya Silahlı Qüvvələri Şərq Hərbi Dairəsinin xüsusi tibbi hissəsinin qüvvələri və vasitələri Dağlıq Qarabağa göndərilib. Dəstəyə ilkin tibbi və ixtisaslaşmış tibbi yardım göstərməyə daim hazır olacaq həkimlər, orta və kiçik tibb işçiləri daxildir.

ONN media  xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.

Xəbərə görə, Rusiya Aerokosmik Qüvvələrinin 2 ədəd İl-76 hərbi nəqliyyat təyyarəsi Xabarovsk-Novı hava limanından havaya qalxaraq Qarabağa uçub.

Müdafiə Nazirliyindən bildirilib ki, ümumilikdə 122 hərbçi, 54 ədəd avtomobil və xüsusi texnika, 66 ton material Dağlıq Qarabağa göndəriləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png