Şəhid Eşqin Omarov dəfn olundu

Azərbaycan Ordusunun ermənilərin sərhəddə törətdiyi genişmiqyaslı təxribatın qarşısını alarkən şəhid olan əsgəri Eşqin Omarov dəfn edilib.

ONN media-nın məlumatına görə, şəhid Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində torpağa tapşırılıb.

Mərhumla vida mərasimi ailəsinin yaşadığı evə keçirilib.

Vida mərasimindən sonra şəhid Aşağı Kəsəmən kənd qəbiristanlığında dəfn olunub.

Mərasimdə rəsmi şəxslər, ictimaiyyət nümayəndələri, E.Omarovun ailə üzvləri və kənd sakinləri iştirak ediblər.