ONN İnformasiya Agentliyi

Şəkidə azyaşlı itin hücumuna məruz qaldı

Şəkidə azyaşlı itin hücumuna məruz qaldı
02 Sentyabr 2020 - 2:48
Şəkidə it 10 yaşlı uşağa çoxsaylı xəsarət yetirib.

ONN media  xəbər verir ki, 2010-cu il təvəllüdlü Şəki şəhər sakini Taleh İbrahimxəlil oğlu Mustafayev bədəninin çoxsaylı it dişləməsi və cırılmış yarası xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı məlum olub ki, T.Mustafayevə şəhər ərazisində it hücum edərək ona xəsarət yetirib. T.Mustafayevə lazımi tibbi yardım göstərilib, quduzluğa qarşı peyvənd vurulub.

T.Mustafayevin müalicəsi xəstəxanada davam etdirilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png