ONN İnformasiya Agentliyi

Şəmkirdə doğuş zamanı ölüm

Şəmkirdə doğuş zamanı ölüm
26 Avqust 2019 - 20:31
Şəmkir rayonu, Keçili kənd sakini Elməddin Quliyev yeni doğulmuş uşağının həkim səhlənkarlığı ucbatından dünyasını dəyişməsi ilə bağlı rayon prokurorluğuna müraciət edib.

ONN media qafqazinfo-ya istinadən xəbər verir ki, ilkin yoxlama zamanı müəyyən edilib ki, onun həyat yoldaşı Bayramzadə Əsmər Tələt qızı 24 avqustda Şəmkir rayon doğum evinə müraciət edib. 2 kq 200 qram çəkidə olan uşaq doğuş zamanı ölüb. Boyu 49 sm, qadın cinsli olub.

Məsələ ilə bağlı Şəmkir rayon prokurorluğunun iştirakı ilə hadisə yerinə baxış keçirilib. Məhkəmə tibbi ekspertizası təyin edilib. Hadisənin şahidlərinin ilkin izahatları alınıb. Fakta görə CM-nin 124.1-ci maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması rayon prokurorluğuna tapşırılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png