ONN İnformasiya Agentliyi

Şəkidə FACİƏ: 4 yaşlı qız öldü

Şəkidə FACİƏ: 4 yaşlı qız öldü
26 Avqust 2020 - 23:36

Şəkidə azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ONN media xəbər verir ki, hadisə Şəki şəhər 1-ci rayon Əbdürrəhim bəy Haqverdiyev küçəsində qeydə alınıb.

Belə ki, Qafıl Məcidovun idarə etdiyi mikroavtobus 4 yaşlı Alxasova Solmaz Pərviz qızını vurub. Hadisə nəticəsində ağır bədən xəsarətləri alan azyaşlı dərhal Şəki RMX-na çatdırılıb. Həkimlərin səyinə baxmayaraq azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png