ONN İnformasiya Agentliyi

Şəkidə OLAY: 16 yaşlı qız beş aylıq hamilədir

Şəkidə OLAY: 16 yaşlı qız beş aylıq hamilədir
17 Oktyabr 2019 - 18:34

Şəkidə yetkinlik yaşına çatmayan qızda hamiləlik aşkarlanıb.

ONN media bildirir ki, fakt Şəki rayonunun Suçma kəndində müəyyən edilib.

Belə ki, oktyabrın 15-də Şəki Rayon Mərkəzi Xəstəxanasının ginekologiya şöbəsinə Göygöl rayonunda anadan olmuş, Şəki rayonunun Suçma kəndində yaşayan, 2003-cü il təvəllüdlü Qasımova Nurcahan Mürşüd qızı gətirilib.

Xəstəxanada müayinə zamanı qızın beş aylıq hamilə olduğu müəyyənləşdirilib və bu barədə Şəki Şəhər Polis Şöbəsinə məlumat verilib.

Faktla bağlı şöbədə araşdırmalara başlanılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png