ONN İnformasiya Agentliyi

Şərurda AĞIR QƏZA – Ölən və xəsarət alanlar var

Şərurda AĞIR QƏZA – Ölən və xəsarət alanlar var
07 Oktyabr 2019 - 22:50

Şərur rayonunun Zeyvə kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən ONN media -ya verilən məlumata görə, oktyabrın 5-də saat 8 radələrində Şərur rayonunun Zeyvə kəndi ərazisində kənd sakini Q.İmanovun idarə etdiyi “Mercedes” və Türkiyə vətəndaşı Q.Hüseynin idarə etdiyi “Reno” markalı mikroavtobuslar toqquşub.

Nəticədə Q.İmanovun sərnişini Vilayət Əsədov, habelə Q.Hüseynin 2 sərnişini xəstəxanaya yerləşdiriliblər. V.Əsədov orada ölmüş, digərlərinin vəziyyətləri orta-ağırdır.

Naxçıvan MR DİN tərəfindən araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png