ONN İnformasiya Agentliyi

Sumqayıtda Aşura günü qanvermə aksiyası keçiriləcək

Sumqayıtda Aşura günü qanvermə aksiyası keçiriləcək
03 Avqust 2022 - 14:32

Son illər Məhərrəm ayında Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi ən münasib nümunələrdən biridir. Ölkənin bir çox yerlərində olduğu kimi, Sumqayıt şəhərində də Aşura günündə qanvermə aksiyası keçiriləcək.


ONN media xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin verdiyi məlumata görə, qanvermə aksiyası avqustun 8-də Məhərrəmlik ayının onuncu günü olan Aşura günündə Mərkəzi Qan Bankının (MQB) Sumqayıt bölməsində təşkil ediləcək. Könüllü qan vermək istəyənlər Sumqayıt şəhəri, 9-cu məhəllə, M.Hüseynzadə küçəsi, Təcili Tibbi Yardım Xəstəxanası, 1 korpus, 1 mərtəbəsində yerləşən MQB şəhər bölməsinə yaxınlaşa bilərlər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png