ONN İnformasiya Agentliyi

Sürücü vurduğu piyadanı həkimə apararkən, yolda birini də vurdu və…

Sürücü vurduğu piyadanı həkimə apararkən, yolda birini də vurdu və…
19 İyul 2019 - 18:35

Cəlilabad rayonunda piaydanın vurlamsı ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ONN media xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan avtomobil rayonun Uzuntəpə kənd sakini, 2013-cü il təvəllüdlü Fərid Laçın oğlu Quliyevi vurub. Sürücü azyaşlı yaralını öz avtomobili ilə xəstəxanaya aparan zaman yolda daha bir qəza törədib.

O, idarə etdiyi avtomobillə həmin yolda hərəkətdə olan motosikletə çırpılıb. Motosikletin sürücüsü, rayon sakini, 1990-ci il təvəllüdlü Elnur Tarverdi oğlu Hüseynov qəza zamanı ağır bədən xəsarətləri alıb. Hər iki yaralı digər avtomobillə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.(report)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png