Tonoyan Qarabağa gəldi

Ermənistan Müdafiə naziri David Tonoyan Azərbaycanın işğal edilmiş Qarabağ bölgəsinə gəlib.

ONN media  xəbər verir ki, Tonoyan burada qondarma rejimin lideri Araik Arutyunyanla görüşüb. Görüşdə həmçinin qondarma rejimin müdafiə naziri Cəlal Arutyunyan, Ermənistan Hərbi polisinin rəisi Aşot Zakaryan iştirak edib.

Qeyd edək ki, Tonoyan sonuncu dəfə Qarabağa 31 iyulda gəlmişdi.(axar.az)