ONN İnformasiya Agentliyi

Ucar sakinləri yolu bağlamağa cəhd etdilər- SƏBƏB NƏDİR?

Ucar sakinləri yolu bağlamağa cəhd etdilər- SƏBƏB NƏDİR?
10 Sentyabr 2022 - 19:57

Ucarda bir qrup sakin yolu bağlamağa cəhd edib.

Bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.

Yolu bağlayanların iddialarına görə, bir müddət əvvəl “Tik-Tok” sosial şəbəkəsində naməlum şəxslər tərəfindən onların fotolarının üzərinə nalayiq sözlər yazılaraq paylaşımlar edilib, ünvanlarına təhqirlər səsləndirilib. Ucar sakinlərindən 50-yə yaxın insan bu təhqirlərin qurbanı olub.

Daxili İşlər Nazirliyi (DİN) Ucar sakinlərinin yolu bağlaması cəhdinə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov cavab olaraq bildirib ki, rayonun bir neçə sakini sosial şəbəkələrdə təhqir olunmaları ilə əlaqədar Rayon Polis Şöbəsinə müraciət ediblər:

“Daxil olmuş müraciətlərlə bağlı polis şöbəsində araşdırmalar aparılıb və toplanmış materiallar aidiyyəti üzrə rayon prokurorluğuna göndərilib”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png