Xaçmazın icra başçısından şəhidimizlə bağlı GÖSTƏRİŞ

Xaçmazın yeni icra başçısı Elnur Rzayev şəhid Babək Aslanovla bağlı göstəriş verib.

ONN media xəbər verir ki, yenisabah.az-a daxil olan məlumata görə, göstərişə əsasən şəhidimizlə bağlı keçiriləcək bütün mərasimlərin maliyyə tərəfi icra hakimiyyəti tərəfindən həll ediləcək. Məlumatda bildirilir ki, icra başçısı bu işi şəxsi nəzarətində saxlayır.
Yeri gəlmişkən, Elnur Rzayev Babək Aslanovun dəfn mərasiminə də qatılmışdı.
Dövlət Sərhəd Xidmətinin əsgəri Babək Aslanov noyabrın 6-da gecə saatlarında cəbhə bölgəsinin Qazax istiqamətində şəhid olub.